Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Artıq

Mirkazim Nikbin - Artıq
Sakura

Mirkazim Nikbin - Artıq

Deyirsən əhv elə, bağışla məni,
Səninlə barışa bilmərəm artıq.
Ey dünya demirəm alqışla məni,
Saxta təriflərə gəlmərəm artıq.

Dövlətim olduqca tanıtdın məni,
Gizlətdin içində dostun düşməni,
Elə ki, büdrədim, tanıdım səni,
Bir sirri səninlə bölmərəm artıq.

Baxdım yıxılana, baxdım durana,
Əvvələ vurulana, sonra vurana,
And içdim Tanrıdan gələn Qurana,
Heç kimi qınayıb, gülmərəm artıq.

Hər gün diri ikən ölü sayılan,
Neyləsin yoxluqda yaşayan insan,
Hər şeyi unudar varlanan zaman,
Deyər əbədiyəm, ölmərəm artıq.

Həyatdan dərs götür, dolanma qafil,
Düşməz qalxmaz olan tək Tanrıdır, bil,
Nikbin tövbə elyə, ölüm var qəfil,
Denən: O, günaha dönmərəm artıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR