Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ayazı ömrüm

Mirkazim Nikbin - Ayazı ömrüm
Sakura

Mirkazim Nikbin - Ayazı ömrüm

Uyaraq şeytana batır günaha,
Naşükürlük edir, narazı ömrüm.
Yenə gileylənir o bir Allaha,
İstəklər bitərmi?, ayazı ömrüm.

Həyata keçərmi hər arzu, istək,
Keçsədə dinc durmaz yenədə ürək,
Ağlınla hissləri bir nizama çək,
Çəkmə könül edən hər nazı ömrüm.

Sonunu hey düşün, ilkini danma,
Bu dünya fanidi, sən ona qanma,
Yoxluqdan yorulub, varlığa yanma,
Çox görüb unutma tez azı ömrüm.

İbrət al alimdən, baxma nadana,
Çünki elm tanıdar haqqı insana,
İmanı dəyişmə sonsuz gümana,
Dinləmə boş olan avazı ömrüm.

Səni qısaldacaq ötən hər ay, il,
Hər il keçənindən olasan kamil,
Qışında səbr elə, dəyişər fəsil,
Gözlə gül-çiçəkli xoş yazı ömrüm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR