Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Bilmirəm!

Mirkazim Nikbin - Bilmirəm!
Sakura

Mirkazim Nikbin - Bilmirəm!

Yaşaya bilmirəm çatışmır havam,
Daha bu bəşərə dözə bilmirəm!
Ölməyə haqqım yox, əcəl yetmədən,
İndi mən nəyləyim, çözə bilmirəm.

Hərə öz xeyrinə çalışır, durur,
Düzü əymək üçün özünü yorur,
Qeybətlə, böhtanla hey ara vurur,
Necə baxır sonra üzə bilmirəm.

İlahi nə zaman düzələr insan,
Nə zaman yaşayar, məsud, firavan,
Daha səbrim çatmır, ürəyim talan,
Bu yalan dünyada gəzə bilmirəm.

Qəflət yuxusundan gec ayılmışam,
Atasız uşaq tək bic atılmışam,
Özüm öz içimə tək qapılmışam,
Şərləri xeyirlə əzə bilmirəm.

Vəsvəsə salıbdır şeytan canlara,
Nəfs hakim olubdur çox insanlara,
Qarışıbdır zəhər doğma qanlara,
Damardan çıxarıb süzə bilmirəm.

Yuvadan baş alıb uçmuşam anam,
Çətin o budağa bir daha qonam,
Yoxsa insanlığa etibar, inam,
Kim qiymət verəcək düzə bilmirəm.

İlahi qəlblərdən özün sil kini,
Dünyaca dərd olsa əyməz Nikbini,
Təki sən bol eylə, əqli, təmkini,
Necə rəhm edirsən bizə, bilmirəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR