Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Dərdimin dərdi

Mirkazim Nikbin - Dərdimin dərdi
Sakura

Mirkazim Nikbin - Dərdimin dərdi

Nə ola qurtulsam dərdi qubardan,
Əsəblər çəkilir tarıma vallah.
Nə ola ayılıb bir gün yuxudan,
Bir başqa aləmdə açıla sabah.

Necə dözüm axı, necə səbr edim,
Kiminlə dost olum, necə yol gedim,
Hər zaman hər kəsə haqq sözü dedim,
Pis oldum hər kəsin gözündə Allah.

Başım bəlalıdır, dilim tikanlı,
Ürəyim soyuqdur, gözlərim qanlı,
Ölmədən anlamaz dünyada canlı,
Məhv edir bizləri ehtiras, tamah.

Ruhum dərdlərimdən alaraq ilham,
Eyləyir kədərim senvinci edam,
Dünyada heç bir şey deyildir müdam,
Nə üçün edirik eləysə günah?.

Dərdimin dərdinə kim edər dərman,
Kim verər ömrünü ömrümə qurban,
Varmı mən öləndə öləcək insan,
Yox belə birisi hər kəsə agah.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR