Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Etmərəm

Mirkazim Nikbin - Etmərəm
Sakura

Mirkazim Nikbin - Etmərəm

Gözüm yox dünyanın heç bir malında,
Heç kimə əyilib minnət etmərəm.
Vardan bir dağ olsa yoxluğumdada,
Gözümün ucuyla diqqət etmərəm.

Uşaqkən dünyanı min rəng bilərdim,
Hər rəngin içində bir rəng güdərdim,
Elə ki böyüdüm yarandı dərdim,
Ağdan başqa rəngdən söhbət etmərəm.

Dünyada özünü tanıyan hər kəs,
Bilir sayılıdır aldığı nəfəs,
Aslana alsanda qızıldan qəfəs,
Azad pişik qədər hörmət etmərəm.

Arxanca danışan geri qalandır,
Şər özü zülmətsiz olsa yalandır,
Kim desə dediyim sözlər olandır,
Olanı deyibdə qeybət etmərəm.

Bilməzdim Allaha inam necedir,
Imana fərq etməz gündüz, gecədir,
Qaranlıqlar qalın, nursa incədir,
Incəni qalına nisbət etmərəm.

Kim mənə pisliklə vursa bir ziyan,
Aşkarda can deyib cor desə pünhan,
Qınaram özümü baxıb hər zaman,
Özgəyə zərrəcə nifrət etmərəm.

Nikbinəm ey dünya qınama məni,
Bəlayla, bədliklə sınama məni,
Gizlənsəm sən sən ol arama məni,
Aşkara çıxmağa niyyət etmərəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR