Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Yoxdu

Mirkazim Nikbin - Yoxdu
Sakura

Mirkazim Nikbin - Yoxdu

Bilirəm yenidən sevən deyiləm,
Eşq ilə döyünən ürəyim yoxdu.
Həyatda çox başqa məqsədlərim var,
Daha məhəbbətə gərəyim yoxdu.

Balalar boynuma dolanar, durar,
Qəlbim onlar üçün döyünər, vurar,
İlahi səndən başqa nə ki varlıq var,
Onlara çatmağa istəyim yoxdu.

Dünyanın ən xoşbəxt insanıyam mən,
Bilmirəm özümə heç kimi düşmən,
Şükr edə bildiyim xaliqə əhsən,
Sabahdan uzağa diləyim yoxdu.

Uçmağa qanad tək xəyalım yetər,
Düşünə bilməkçün kamalım yetər,
İnsana tək bircə sualım yetər,
Nədən yaranmısan?, de nəyim yoxdu.

Nikbinəm dərd ilə bərk dost olaram,
Sevincdən gülüş yox, kədər alaram,
Hər daim ilkimi yada salaram,
Görürəm bilik tək bəzəyim yoxdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR