Slimfit
  1. BİOQRAFİYA

Mirzə Məmmədqulu Təbib

Mirzə Məmmədqulu Təbib
Sakura

Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu Qayıbov - şair, həkim

Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu Qayıbov – şair, həkim.

Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu 1819-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini atasından almışdı. Atasının vəfatından sonra anasının və əmisinin himayəsində böyümüşdü. Anası oxumağa həvəsini görüb, onu İsfahana göndərir. İsfahanda Məmmədqulu bəyi mədrəsədə yer olmadığını bəhan gətirib qəbul etmək istəmirlər. Bunu görən Məmmədqulu bəy su ilə tam dolu piyaləyə bir güıl yarpağı atır, bunun nə demək olduğunu soruşan müəllimlərə Məmmədqulu bəy belə cavab verir: "Görürsünüzmü, bir gül yarpağı, dolu piyaləni daşırtmadı, məgər bir adam, belə böyük bir mədrəsə üçün artiq ola bilərmi?" Uşağın bu fərasətini görən rəhbərlik onu mədrəsəyə qəbul edir. Məmmədquli bəy təhsilini müvəffəqiyyətlə başa vurub, tibb elminə sahib olur. Onu yüksək savadına görə şah sarayında həkim vəzifəsində saxlamaq istəyirlər. Lakin vətənə, doğma yurda, ailəyə olan məhəbbəti onu dəbdəbəli saray həyatını qoyub, doğma Qarabağa çəkib gətirir. Mirzə Məmmədqulu bəy Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin şəxsi həkimi və vəqfinin mütəvəllisi idi. Gövhərnisə bəyim ona Darğalı mülkündə xeyli torpaq ayırmışdı. Mirzə Məmmədqulu bəy sonra Xurşidbanu bəyim Sarıcalı-Cavanşirin və Bəhmən mirzə Qovanlı-Qacarın yanında həkim kimi çalışmışdı. Mirzə Məmmədqulu bəy Təbib 1875-ci ildə vəfat edib.

Mirzə Məmmədqulu bəyin Məsum bəy, Cavad bəy adlı oğulları vardı.

Mirzə Məmmədqulu şair idi. Həkim və Təbib təxəllüsləri ilə şeirlər yazırdı.

 

Şeirləri:

Pərişan zülfünü mah üzrə canan sayiban eylər

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR