Slimfit
  1. DÜNYA

Mişel Obama ən “heyranedici qadın” seçildi

Mişel Obama ən “heyranedici qadın” seçildi
Sakura

Mişel Obama ən “heyranedici qadın” seçildi

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama “Amerikanın ən heyranedici qadını” tituluna layiq görülüb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Obama  keçmiş dövlət katibi Hillari Klintonun 17 illik titulunu əlindən alıb.

“Gallup” analitik təşkilatının apardığı ictimai rəy sorğusunun nəticələrinə əsasən, amerikalıları ən çox valeh edən qadınların siyahısında Klinton üçüncü yerə qədər geriləyib. Qaradərili “tok-şou” ulduzu Ofra Uinfri isə ikinci yeri tutub.

Ən heyranedici kişilərin reytinqində keçmiş ABŞ prezidenti Barak Obama artıq ardıcıl 11 ildir ki, heç kimə güzəştə getmir. Hazırkı Ağ Ev rəhbəri Donald Tramp isə ikinci yerdə göstərilib. Tramp artıq dördüncü ildir ki, bu titulu əlində saxlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR