Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Mixail Slesaryov Aleksandroviç

Mixail Slesaryov Aleksandroviç
Sakura

DOĞUM TARİXİ: 08/05/1955 VƏFAT TARİXİ: 12/04/2014

1955-ci il may ayının 8-də Rusiyanın Smolensk şəhərində doğulmuşdur. 1970-ci ildə 4 saylı Smolensk şəhər orta məktəbini bitirdikdən sonra təhsilini 19 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1971-ci ildə o, traktorçu-maşinist kimi Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu işləməyə başlayır. 1975-ci ildə Sovet Ordusu sıralarına çağırılır. Hərbi xidmətini Bakıda keçirir. 1977-ci ildə xidmətini 6500 saylı hərbi hissədə başa vurub, göndərişlə Tbilisi Gizirlər Məktəbinə daxil olur. Məktəbi bitirib, yenidən Bakıya qayıdır. Əvvəlcə gizir, 1981-ci ildən 1986-cı ilə qədər motoatıcı taqımın komandiri, 1986-cı ildən 1999-cu ilin yanvar ayına qədər isə mühafizə taqımının rəisi vəzifələrində işləyir.

Mixail Slesaryov 7 yanvar 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirirdi. Axşamüstü bir dəstə məhbus mühafizəçini tərksilah edərək həbsxanadan qaçmağa cəhd edir. Mixail Slesaryov baş vermiş hadisənin qarşısını almaq üçün cəld əməliyyat qrupu yaradır. Əməliyyat çox uğurlu keçir. Qiyamçılar yerində oturdulur. Ancaq çox təəssüf ki, arada itki də olur. Şübhəsiz ki, hadisənin qarşısı vaxtında alınmasaydı, itkilər daha çox olardı.

M.Slesaryova 1999-cu ildə kiçik leytenant rütbəsi verilmişdir. O, bu gün də öz xidməti borcunu şərəflə yerinə yetirir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin N saylı hərbi hissəsində taqım komandiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Slesaryov Mixail Aleksandroviç “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

İki övlad var  idi.

12 aprel 2014-cü ildə vəfat edib

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR