Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Müəllimlərin işə qəbulu üzrə müsahibə başladı

Müəllimlərin işə qəbulu üzrə müsahibə başladı
Sakura

Müəllimlərin işə qəbulu üzrə müsahibə başladı

 

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır.

Təhsil Nazirliyindən verilən məlumata görə, 19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3728 nəfərin iştirakı gözlənilir. 

Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər. 

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər.

Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR