1. İDMAN

Münhen “Bavariya”sı ardıcıl 9-cu qələbəsini qazanıb

Münhen “Bavariya”sı ardıcıl 9-cu qələbəsini qazanıb

Münhen “Bavariya”sı ardıcıl 9-cu qələbəsini qazanıb

Almaniya Bundesliqasının 30-cu turunun matçında Münhen “Bavariya”sı Leverkuzenin “Bayer” komandasını qəbul edib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,görüş meydan sahiblərinin 4:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda hesab 10-ci dəqiqədə açılıb. “Bayer” komandasının hücumçusu Lukas Alario fərqlənib.

Lakin Münhen “Bavariya”sı ard-arda dörd qol vurub. Koman, Leon Qoreçka, Serj Qnabri və Robert Levandovski hesabda fərqlənib.

Leverkuzenin “Bayer” komandasının 17 yaşlı futbolçusu Florian Virç 89-cu dəqiqədə vurulan dörd qoldan yalnız birinin əvəzini çıxa bilib. 

Bununla da “Bavariya” ardıcıl 9-cu qələbəsini qazanıb.

Hazırda “Bavariya” 70 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir. 

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.