Slimfit
  1. COĞRAFİYA

Müsəlmanlara qarşı ən radikal ölkə - Ermənistan

Müsəlmanlara qarşı ən radikal ölkə - Ermənistan
Sakura

Müsəlmanlara qarşı ən radikal ölkə - Ermənistan

Avropada “Ailənizə müsəlman qəbul edərsiniz?” mövzusunda araşdırma aparılıb. Ölkələr üzrə hansı ölkələrin daha çox dini tolerant olduğu müəyyənləşib. Xəbər verilir ki, sorğuda cavab verən ölkələr içində birinci yeri Hollandiya tutub. Belə ki, hollandların 88 faizi ailədə müsəlman olmasına etiraz etmir. İkinci yer 82 faizlə Norveç, üçüncü yer 81 faizlə Danimarka olub. İsveç əhalisinin 80, Belçikanın 77, İspaniyanın 74, Portuqaliyanın isə 70 faizi bir müsəlmanla eyni ailədə yaşaya biləcəyini deyib.

Araşdırmada, müsəlmanlara qarşı ən radikal mövqe Postsovet ölkələri olub. Belə ki, Latviyada insanların 19, Gürcüstandakı 17, Belarusiya və Litvada yüzdə 16, Çexiyada isə 12 faizi müsəlmanla bir evdə yaşamağa razılaşıb.

Ən aşağı göstərici Ermənistana malikdir. Bu ölkə əhalisinin cəmi 7 faizi “Ailənizə müsəlman qəbul edərsiz?” sualına “hə” deyib.

 

Mənbə : Sia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR