Slimfit
  1. TƏBİƏT

Nadir pələng kameraya düşüb

Fransız fotojurnalisti Butan meşələrində yaşayan maraqlı və təhlükəli yırtıcını çəkə bilib. Emmanuel Rondo Vəhşi Heyvanların Beynəlxalq fondunun (WWF) tapşırığı ilə Butan Krallığının meşələrində idi.…

Fransız fotojurnalisti Butan meşələrində yaşayan maraqlı və təhlükəli yırtıcını çəkə bilib. Emmanuel Rondo Vəhşi Heyvanların Beynəlxalq fondunun (WWF) tapşırığı ilə Butan Krallığının meşələrində idi. O orada hər gün kamera tələlərini yolayaraq bir ay keçirdi. Lakin nadir və təhlükəli yırtıcı görünmədi. Rondo artıq ümidini itirmişdi. Ekspedisiyanın son günündə kamerasının maraqlı kadrının şahidi oldu: pələng kameranın yanına gəlib birbaşa obyektivə baxırdı. WWF-dən bildiriblər ki, bu pələngin Butan yüksəkliklərində belə yüksək keyfiyyətli kamera tələsi ilə çəkilən ilk şəklidir. Butan Krallığının ərazisində benqal pələngləri yaşayır: onların sayı cəmi 67-dir.

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR