Slimfit
  1. BİOQRAFİYA

Nailə Əsgərzadə

Nailə Əsgərzadə
Sakura

Nailə Əsgərzadə - Azərbaycan əsilli Rusiya jurnalisti və televiziya aparıcısı

Nailə Əsgərzadə (tam adı: Nailə Vaqif qızı Əsgərzadə; d. 13 dekabr 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli Rusiya jurnalisti və televiziya aparıcısı.

Həyatı

Nailə Əsgərzadə (tam adı: Nailə Vaqif qızı Əsgərzadə; — Azərbaycan əsilli Rusiya jurnalisti və televiziya aparıcısı 

13 dekabr 1987-ci ildə Bakıda anadan olub və uşaqlığını orada keçirib. Atası geofizik mühəndisi olub, daha sonra biznes fəaliyyəti ilə məşğul olub; anası Bakıdakı N.K. Krupskaya adına doğum evinin fizioloji şöbəsində tibb bacısı işləyib. Ana babası I dərəcəli kapitan, böyük bir hərbi fabrikin direktoru olub .

Nailə Volqoqraddakı Fransız xüsusi məktəbini qızıl medalla bitirib və Volqoqrad Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. İkinci təhsilini Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) 2017-2019-cu illərdə "Beynəlxalq maliyyə" magistr proqramı üzrə alıb. Rusiya maliyyə sektoru üçün sanksiyaların fəsadları haqqında magistrlik dissertasiyası yazıb.

Moskvaya köçən Əsgərzadə NTV-nin iqtisadi xəbərlər redaksiyasında təcrübə keçib, sonra eyni vaxtda həm "Kommersant" ın iqtisadi şöbəsində, həm də RBC TV-də beynəlxalq redaktor kimi çalışmağa başlayıb (2007-ci ilin martından 2010-cu ilin mayına qədər). Daha sonra "Vedomosti" qəzetinin iqtisadi bölməsində işləməyə başlayıb (2010-cu ilin mayından 2011-ci ilin avqustuna qədər).

2011-ci ilin iyun ayında Əsgərzadə V Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda icmalçı olaraq çalışdı, sonra "Vedomosti"-nin baş redaktoru Tatyana Lısovaya maraq toqquşması səbəbindən nəşri tərk etmək məcburiyyətində qaldığını bildirdi.

2019-cu ildə İqtisadiyyat ixtisası üzrə MQIMO-da aspirantura məktəbinə daxil olub.

Yaradıcılığı

"Rossiya-24" kanalında Əsgərzadə reportyor kimi fəaliyyətə başladı, sonra xəbərləri (həm iqtisadi, həm də ümumi) aparmağa başladı. Vaxtaşırı olaraq xüsusən iqtisadi hadisələrdən və forumlardan özəl reportajlar hazırlamağa başladı. 1 oktyabr 2015-ci ildən etibarən "İşgüzar günorta" verilişinin ilk buraxılışı yayımlandı, bu proqramda aparıcının Rusiyanın ən böyük sahibkarları və rəsmiləri ilə müsahibələr təqdim olunurdu. 5 sentyabr 2016-cı ildən etibarən, həmçinin Rusiya-1 kanalında saat 20: 00-da efirə gedən "Xəbərlər"in iqtisadi blokunun aparıcısı idi. Bundan əvvəl isə 2013-2016-cı illərdə Sergey Brilevlə bərabər canlı yayımlanan "Şənbə xəbərləri" proqramında da iqtisadi xəbərləri təqdim edirdi.

Tezliklə 29 Oktyabr 2017 tarixində "İşgüzar günorta" verilişi əsasında "Россиия-1" kanalında "Qüvvədə olan şəxslər" proqramı efirə çıxdı. Əsgərzadənin müsahibə aldığı şəxslər arasında Ramzan Kadırov, milyarderlər Alişer Usmanov, Oleq Deripaska və Vladimir Potanin, SVR direktoru Sergey Narışkin, Rusiya milli futbol komandasının baş məşqçisi Stanislav Çerçesov , ukraynalı siyasətçi Viktor Medvedçuk və başqaları var. Nailə müsahibələrinə diqqətlə hazırlaşır: Məsələn, SVR rəhbəri Sergey Narışkinlə müsahibə üçün tapançadan atəş açmağı və bilyard oynamağı, Ramzan Kadırovla süjetdə at sürməyi və ya Arkadi Rotenberqlə konki sürməyi və xokkey oynamağı öyrənməli olub.

2018-ci ildə Əsgərzadə ən yaxşı reportajçı kimi TEFI mükafatına layiq görülüb.

2020-ci ilin aprel ayında "Tatler" jurnalı, Əsgərzadənin Novosibirskin Vektor laboratoriyasında peyvənd yaradılmasına və Rusiyada COVID-19 ilə mübarizə mövzusuna həsr olunmuş yeni "Təhlükəli virus" sənədli filminə dair material nəşr etdi.

Ailəsi 

Nailənin valideynləri 1990-cı illərdə boşanıb, atası Vaqif Əsgərzadə Bakıda qalıb , 2018-ci ildə vəfat edib.

Doğma bacısı İnara Əsgərzadə VTB-də işləyir .

Nailə Əsgərzadənin ailə həyatı barədə məlumat yoxdur.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR