Slimfit
  1. KOSMOS

NASA Marsdan yeni görüntü yaydı

NASA Marsın mənzərəsi ilə bağlı “Curiosity” aparatının qeydə aldığı video yayımlayıb. Kult.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yer alıb. Bildirilib ki, aparat Marsdakı Eolid dağından…

NASA Marsın mənzərəsi ilə bağlı “Curiosity” aparatının qeydə aldığı video yayımlayıb.

Kult.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yer alıb.

Bildirilib ki, aparat Marsdakı Eolid dağından bir illik araşdırmadan sonra enib. Qayıtmazdan əvvəl aparat “Rock Hall” silsiləsindən 360 dərəcəlik çəkiliş çəkib.

Qeyd edək ki, “Curiosity” 2012-ci ildə Marsa enib. Aparatın Marsdakı əsas vəzifəsi ətraflı geoloji və geokimyəvi araşdırmalar aparmaq, planetin atmosferi və iqlimini öyrənmək, su və canlı orqanizmləri axtarmaqdır.

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR