Slimfit
  1. BİOQRAFİYA

Nasir Xosrov

Nasir Xosrov
Sakura

Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi - İran şairi

Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004-1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur.

[[File:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]]

Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi. Amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da «dəllal arif» hesab etmək lazımdır. O, bir şeirində belə deyir:

Bar xodaya əgər ze ruye xodayi
Tinəte insan həme cəmil sereşti

Çehreye rumi və surəte həbəşira
Mayeye xubi çe bovəd və elləti zeşti?

Tələte hindu və ruye tork çera şod?
Həm ço del duzəxi və ruye beheşti?

Әz çe səid oftad və əz çe şəqi şod
Zahede mehrabiyo keşişe kənəşti?

Çist xelaf əndər afərineşe aləm
Çun həmera dayevo məşşate to gəşti?

Girəm donya, ze bi məhəlliye donya
Bər gerehi xərbəto xəsise beheşti

Neməte monem çera əst dərya-dərya?
Mohnəte mofles çera əst kəşti-kəşti?

Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı? Mən başa düşə bilmirəm ki, nə üçün rumlular gözəl, həbəşilər isə çirkindirlər? Nə üçün Hindlini cəhənnəm kimi qara, türkü isə behişt kimi ağ yaratmısan? Nə üçün zahid xoşbəxt, keşiş isə bədbəxtdir? Hamını Sən yaratmısan, bəs bu fərqlər nə üçündür?

Nasir Xosrovun uzun və məşhur bir qəsidəsi var. O belə başlayır:

İlahi tulo ərze aləmətra
Təvani dər dele muri keşidən.

Mənası: İlahi sənin elə bir qüdrətin var ki, sən bütün dünyanı bir qarışqanın qarnında yerləşdirə bilərsən.

O, həmin qəsidədə belə deyir:
Həme cur mən əz bulğareyan əst

Kəz an ahəm həmi bayəd keşidən
Gene bulğariyanra niz həm nist

Bequyəm gər to betvani şenidən
Xodaya rast quyəm fetnə əz tust

Vəli əz tərs nətvanəm çeğidən

 

Əsərləri
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR