Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Nazim Zəkarayev Nadir oğlu

Nazim Zəkarayev Nadir oğlu
Sakura

Doğum tarixi : 31 avqust 1997 Vəfat tarixi: 2 aprel 2016 (18 yaşında)

Nazim Nadir oğlu Zəkarayev (d. 31 avqust 1997; Şamaxı, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Nazim Zəkarayev 1997-ci ilin 31 avqust günündə Şamaxı şəhərində anadan olub.

Hərbi xidməti

Əsgər Nazim Zəkarayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Nazim Zəkarayev doğulduğu Şamaxı şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Zəkarayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nazim Zəkarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR