Slimfit
  1. TƏBİƏT

Nazir müavini: "Meşə fondunun açıq sahələrini icarəyə veririk"

Nazir müavini: "Meşə fondunun açıq sahələrini icarəyə veririk"
Sakura

Nazir müavini: "Meşə fondunun açıq sahələrini icarəyə veririk"

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondunun açıq sahələrini icarəyə verir. Bu da meşə örtüyünün artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinə töhfə verəcək".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O qeyd edib ki, sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər. Meşə fondu torpaqlarının açıq sahələri aqrobağların salınması məqsədilə icarəyə verilir. 

Xatırladaq ki, dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb.

Qeyd edək ki, hazırda respublikada meşələrin inventarizasiyası işləri aparılır ki, bunun da əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələrin müəyyənləşdirilməsidir. Bu işlərin əsas məqsədi meşə təsərrüfatı tədbirlərinin aparılması yerlərini, həmçinin su hövzələrinə yaxın texnikanın işləyə biləcəyi dağətəyi və düzən sahələri aşkar etmək, bir sözlə sahibkarlar üçün əlverişli şərait yaratmaqdır.

Meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər ETSN-də yaradılmış xüsusi komissiyaya müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Mehdi Abdullayev tel: +994 12 510-32-93, +994 55 455-34-74.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR