Slimfit
  1. SİYASƏT

Nazir: "Xankəndi yaxınlığındakı yanğının söndürülməsi zamanı FHN qüvvələri peşəkarlıq göstərib"

Nazir: "Xankəndi yaxınlığındakı yanğının söndürülməsi zamanı FHN qüvvələri peşəkarlıq göstərib"
Sakura

Nazir: "Xankəndi yaxınlığındakı yanğının söndürülməsi zamanı FHN qüvvələri peşəkarlıq göstərib"

"Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının söndürülməsi və aparılan axtarış işləri zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri əsl peşəkarlıq göstərib".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Nazir bildirib ki, FHN yarandığı vaxtdan ötən dövr ərzində baş vermiş çoxsaylı fövqəladə hallar zamanı uğurlu mübarizə təcrübəsi nümayiş etdirib: "Bunlardan xüsusilə Mingəçevir Su-Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı stansiya üçün yaranmış təhlükənin qısa müddətdə qarşısının alınması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən "Bulla-dəniz" yatağında baş vermiş qəzanın, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın, "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, Azərbaycan İstilik-Elektrik Stansiyasının açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış zamanı meydana çıxmış təhlükənin operativ şəkildə aradan qaldırılması, iri ticarət mərkəzlərində, "Sobsan" boya fabrikində, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğınların söndürülməsi, Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının söndürülməsi və aparılan axtarış işləri, çox sayda digər belə əməliyyat zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin göstərdiyi əsl peşəkarlığı qeyd etmək istərdim".

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Eyni zamanda Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib.

Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR