Slimfit
  1. CƏMİYYƏT

Nazirlik rəsmisi: “Karantin qaydaları sərtləşdirilə bilər”

Nazirlik rəsmisi: “Karantin qaydaları sərtləşdirilə bilər”
Sakura

Nazirlik rəsmisi: “Karantin qaydaları sərtləşdirilə bilər”

“Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Təbii ki, epidemik durum nəzərə alınaraq müvafiq qərar qəbul edilə bilər”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Novruz bayramı ilə əlaqədar bir neçə günlük ictimai nəqliyyatın fəaliyyət göstərməməsinə baxmayaraq, yoluxma sayında artım baş verdiyini qeyd edən nazirlik rəsmisi karantin qaydalarına əməl edilməsi ilə bağlı nəzarətin gücləndirilməsinin lazım olduğunu bildirib:

“Hamımıza bəllidir ki, ictimai nəqliyyat koronavirusun yayılmasında ən başlıca amillərdən biridir”. 

N.Seyidov onu da qeyd edib ki, hazırkı vəziyyətdə regionların qorunmasına ehtiyac var. Onun sözlərinə görə, mütəxəssislər bu ilin sonunadək pandemiyanın azala biləcəyini proqnozlaşdırır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR