1. İQTİSADİYYAT

“NBC Bank” nizamnamə kapitalını artırır

“NBC Bank” nizamnamə kapitalını artırır

“NBC Bank” nizamnamə kapitalını artırır

Dekabrın 26-da, saat 11:00-da "NBC Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Report” xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2 054 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “NBC Bank”ın nizamnamə kapitalının artırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 64 milyon manatdır. Bankın səhmlərinin 65,91%-i Bankın daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, daha 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR