Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Nəcməddin Savalanov Akif oğlu

Nəcməddin Savalanov Akif oğlu
Sakura

Doğum tarixi : 26 fevral 1985 Vəfat tarixi: 8 may 2016 (31 yaşında)

Nəcməddin Akif oğlu Savalanov (d. 26 fevral 1985; İmişli, Azərbaycan - ö. 8 may 2016; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı). 2016-cı ildə Aprel döyüşləri zamanı yaralansada, may ayında şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həyatı

Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamldıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb.

Hərbi xidməti

Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdi.

Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Xatirəsi

2017-ci ildə haqqında “Şəhidliyə aparan yol” adlı film çəkilmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR