25 may 2020, bazar ertəsi
.
.
chevron_left chevron_right
BİOQRAFİYA

Nərmin Mübariz qızı Kamilova

“Musiqi və onların tədrisi metodikası” kafedrasının baş müəllimi, pedaqogika üzrə Fəlsəfə Doktoru

670 Baxış
Nərmin Mübariz qızı Kamilova

16 aprel 1964-cü il ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri, Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1986-cı ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) Pedaqoji fakültəsinin musiqi şöbəsini fərqlənmə diplomu ilə başa vurub. Pedaqogika üzrə Fəlsəfə Doktorudur. 

Təhsil aldığı illər ərzində ictimai fəallığı ilə seçilib, müxtəlif vaxtlarda Komsomol Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. 1983 ildə Tələbə İnşaat Dəstəsinin komandiri kimi Krasnodar şəhərinə ezam olunub və “Əmək qalibi” diplomuna layiq görülüb. 1984-cü ildə Litvanın Şaulyay şəhərində tələbələr arasında keçirilən müsabiqənin laureatı olub. Universitetdə oxuduğu zaman TEC xətti ilə fəlsəfəyə dair hazırladığı elmi iş (rəhbər Prof. Səlahəddin Xəlilov) Moskva şəhərində 1-ci yerə layiq görülüb. 

Nərmin Kamilova universiteti  bitirib təyinatla Salyan rayonunun Sarvan kənd orta məktəbində musiqi müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1990-cı ildən isə ADPU-nun “Musiqi  və onun tədrisi metodikası” kafedrasında baş müəllimi vəzifəsində işləyib. 2000-ci ildən ADPU-nun birləşmiş xoruna rəhbərlik edib. Həmin xor kollektivi dəfələrlə müxtəlif müsabiqə və festivalların qalibi olub.  ADPU-da çalışdığı müddətdə, paralel olaraq Heydər Əliyev adına Müasir Təhsil kompleksində (15 il)  musiqi müəllimi kimi fəaliyyət göstərib. 2009-2014-cü illərdə Azərbaycan Təhsil Nazirliyi tərəfindən  dərsliklərin qiymətləndirməsi üzrə aparılan  monitorinq  qrupunun rəhbəri olub.  2019-cu ildən ADMİU–nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının baş müəllimidir. İndiyədək 15-ə qədər müxtəlif səviyyəli beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib. 

50-dən artıq elmi məqalə, əsər və tezislərin müəllifidir.  5 dərslik, 2 metodik vəsait, 15 proqram yazıb, müxtəlif məzmunlu sertifikatlara, mükafatlara, o cümlədən 2010-cu ildə ”İlin müəllimi” adına layiq görülüb. Ayrı-ayrı vaxtlarda  6 diplom,15 fəxri fərman, 4  təşəkkürnamə və pul mükafatı alıb. Səsyazma studiyalarında tanınmış müğənnilərlə bir cox əsərləri lentə alınıb.


Müəllif: Ens.az və Demokratik.az


Mənbə:




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 1 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ
Oxşar xəbərlər

X