Dərc edildi: Baxış sayı: 3461
Nəsimi (film, 1973) — Rejissor Həsən Seyidbəylinin filmi
Məzmun
Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.
Film haqqında
- Film aktyor Rasim Balayevin kinoda ilk işidir.
- Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir.
- Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkmişlər.
- Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər.
- Titr: "Bu film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. XIV əsrin axırı XV əsrin əvvəllərində Azərbaycan xalqı bir tərəfdən yadelli işğalçıların, digər tərəfdən bir-birilə aramsız müharibələr aparan yerli feodallarla irticaçı ruhanilərin zülm və talanlarına məruz qalmışdı. Nəsimi yalnız dövrünün ictimai haqsızlıqlarına qarşı çıxan şair və insan ləyaqətini müdafiə edən humanist filosof olaraq qalmamışdı; onun yaradıcılığında islam qaragüruhu ilə mibarizə aparıb öz dövründə mütərəqqi rol oyanayan, eyni zamanda əsrin mütərəqqi, idealist dünyagörüşü təsirindən tamam azad olmayan hürufilik hərəkatının bir çox ideyaları da öz əksini tapmışdı. Film Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları zülmə və istibdada qarşı üsyan motivləri əsasında yaradılmışdı".
- Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.
- Rasim Balayev: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir"
- Film 2010-cu ildə bərpa edilmişdir.
Festivallar və mükafatlar
- 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı
- Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat verilmişdir.
- Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: İsa Hüseynov
- Quruluşçu rejissor: Həsən Seyidbəyli
- Quruluşçu operator: Rasim İsmayılov
- Quruluşçu rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov
- Bəstəkar: Tofiq Quliyev
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Əşrəf Mamayev, Akif Rüstəmov
- Qrim rəssamı: V. Bereznyakov
- Geyim rəssamı: Elçin
- Montaj edən: Tamara Nərimanbəyova
- Rejissor assistenti: Adil İsmayılov, Səməd Lazımov, X. Cəfərov, X. Şirinov, Gülbəniz Əzimzadə
- Montaj üzrə assistent : Esmira İsmayılova
- Operator assistenti: Yuri Varnovski, V. Tibirov, F. Sekandçed, V. Romanov
- Rəssam assistenti: Tamilla Dağıstanlı
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer
- Məsləhətçi: Əli Fəhmin (leksika üzrə), M. Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z. Quluzadə (fəlsəfə üzrə), T. Musəvi (tarix üzrə), R. Əfəndiyev (etnoqrafiya üzrə)
- Çalır: SSRİ Kinematoqrafiya Komitəsinin Orkestri
- Dirijor: D. Ştilman
- Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev
Rollarda
- Rasim Balayev - İmadəddin Nəsimi
- İsmayıl Osmanlı - Fəzlullah Nəimi
- Xalidə Quliyeva (Xalidə Qasımova kimi) - Fatma
- Kamal Xudaverdiyev - Yusif
- Tofiq Mirzəyev - Dövlət bəy
- Almaz Əsgərova - Şəms
- Səməndər Rzayev - Şirvanşah I İbrahim
- Məmmədrza Şeyxzamanov - Şeyx Əzəm
- Yusif Vəliyev - Teymurləng
- Muxtar Maniyev - Miranşah
- Əbdül Mahmudov - dərviş
- Ə.Atakişiyev
- Tariyel Qasımov - hürufi
- Gümrah Rəhimov
- Əfrasiyab Məmmədov - Teymurun döyüşçüsü
- Səyavuş Şəfiyev - Mahmud
- Hafiz Fətullayev
- Sadıq Həsənzadə - Qara əmi
- Dadaş Kazımov - Əli
- Mayak Kərimov - Mirəli
- Telman Adıgözəlov - hürufi
- Məmməd Əlili - Mirzə
- Əhməd Əhmədov
- Ramiz Məlikov - sui-qəsdçi
- Sadıq Saleh
- K. Rəsulova
- F. Sekandçed
- R. İbrahimova
- N. Zeynalova
- Rüstəm Rüstəmov
- Elxan Ağahüseynoğlu - Bahadır
- Rəna Səlimova - rəqs edən (titrlərdə yoxdur)
- Nadir Əzməmmədov (titrlərdə yoxdur)
- Fərəc Fərəcov - mürid
Filmi səsləndirənlər
- Şahmar Ələkbərov - Dövlət bəy (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
- Əzizağa Qasımov - Qara əmi (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət