Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Nicat İsgəndərov Bəhruz oğlu

Nicat İsgəndərov Bəhruz oğlu
Sakura

Doğum tarixi : 4 avqust 1989 Vəfat tarixi: 2 aprel 2016 (26 yaşında)

Nicat Bəhruz oğlu İsgəndərov (d. 4 avqust 1989; Tərtər, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həyatı

Nicat İsgəndərov 1989-cu ilin 4 avqust günündə Tərtər şəhərində anadan olub.

Hərbi xidməti

Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Nicat İsgəndərov doğulduğu Tərtər şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir İsgəndərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR