Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: mənim xarakterim

Nikola Teslanın gündəliyi: mənim xarakterim
Sakura

Nikola Teslanın gündəliyi: mənim xarakterim

Mən xatirələrimdə xarakterimə ayrıca bölmə həsr etməyə qərar verdim, çünki mənim xarakterim haqqında çox nağıllar danışılıb.

Nağıllar iki mənbədən qaynaqlanır. Sensasiyaya ehtiyacı olan jurnalistlər mənim insanlara olan nifrətim barədə əfsanələr uydurublar. Hətta o səviyyəyə çatıb ki, bir nəfər mənim yaşadığım evin ərazisinə icazəsiz keçməyə cəhd edən istənilən adamı güllələyə biləcəyimi deyib. Bu cəfəndiyyatı oxuyanda mən inciyə bilmirdim, ancaq gülürdüm. Normal ağılla bunu necə uydurmaq olar?

İnsanlara nifrət, insanlardan qaçma, qapalılıq – ilk növbədə məni bunlarda günahlandırırlar. Gəlin dəqiqləşdirək. Qapalılıq insanlara nifrət demək deyil. Mənim bəşəriyyət üçün daha əvvəl və hazırda etdiyim şeyləri nifrətlə etmək mümkün deyil. Ancaq sevgi ilə mümkündür. Mən vaxtı boş keçirməyi xoşlamıram, bu belədir. Mənim vaxtım çox dəyərlidir. Mən daim ciddi elmi problemlər barədə düşünürəm. Hətta indi bu sətirləri yazarkən beynimin hansısa hissəsi son təcrübələr barədə düşünür. Mən yayınsam mənim düşünmə prosesim nəinki dağılacaq, mən fikirlərdən yayınacaq, geriyə qayıdacam və yenidən fikrimi cəmləşdirmək üçün zaman tələb olunacaq. Bir neçə dəfə bu baş verib, məni yayındırarkən vacib şeyləri qaçırmışam və sona qədər fikirləşə bilməmişəm. Daha sonra düşünmüşəm, lakin bu problemin həllini gecikdirib.

Bundan başqa həyatda qarşılaşdığım bütün insanlar mənim üçün maraqlı olmayıb. Əgər insan mənə maraqlıdırsa, məmnuniyyətlə onunla ünsiyyət saxlayacam. Əgər maraqlı deyilsə ona vaxt sərf etməyəcəm. Təəssüf ki, min insandan biri maraqlı olur. Yaddan çıxarmaq lazım deyil ki, evim olmadığı üçün oteldə qalmaq məcburiyyətindəyəm, burada isə həyat öz qaydaları ilə davam edir. Ya xadimə nəsə lazım olub-olmadığını soruşacaq, ya da hansısa jurnalist peyda olacaq. Çıxış isə “qapıya çağırılmadan daxil olmaq qadağandır” yazısı asmaqdır.

Tanımadığım və mənim ünsiyyət saxladığım əhatədə olmayan insanlar məni küçədə tanıyanda mən onlara cavab vermirəm və onlardan yan keçirəm. Səbəb isə eynidir – mən vaxtımı boşuna sərf etmək istəmirəm. Mən riyakarlığı sevmirəm və hesab edirəm ki, ən yaxşısı ünsiyyət saxlamaq istəmədiyimi nümayiş etdirim. Bu özümü riyakarlıqla mənə lazım olmayan ünsiyyətlə çətinliyə salmaqdan daha yaxşıdır.

Məni aldadan insanlara olan münasibətdə mən heç bir xəyal qurmuram və məni yenidən aldatmağa imkan verməməyin qayğısına qalıram. Edison və onun əməkdaşları ilə ünsiyyət mənə dərs oldu. Məni Edisonun Kontinental şirkətində həyasızcasına aldadandan sonra mən Amerikaya köçdüm, yenə Edisonla birgə iş gördüm və yenidən aldadıldım. Lakin bu dəfə onun əməkdaşları tərəfindən deyil, özü tərəfindən aldadıldım. Acı dərs mənə 75262 dollar 37 sentə başa gəldi. Bəs insanlara olan inam nə qədər dəyərlidir?  Alimlər arasında tərəfdaşlıq? Həyatımda olan ən böyük itkilər pul deyil, insanlar oldu. Mən ölənlər barədə danışmıram, yaxın insanın ölümü bərk yaralayır, lakin ölüm – qaçılması mümkün olmayan təbii prosesdir. Söhbət məni məyus edənlərdən gedir. Ən əsası isə heyran olduğun insanlardan məyus olmaq bərk ağrıdır.

Qeyd 1. 1882-ci ildə Nikola Tesla Parisdə Edisonun kontinental şirkətinə elektrik quraşdırmalarının montajı üzrə mühəndis işinə qəbul oldum. O qısa müddətdə özünü yaxşı tərəfdən savadlı və təcrübləi mühəndis-elektrik kimi göstərdi. 1883-cü ildə şirkət rəhbərliyi Teslaya Strasburq dəmiryol vağzalı üçün elektrik stansiyasının tikintisi işlərini həvalə edir. İşlər qısa zamanda başa çatdırılacağı halda Teslaya yüksək məbləğdə premiya söz verilir, lakin bu premiya ödənilmir. Edisonun Kontinental şirkəti ümumilikdə Nikola Teslaya 25 min dollar borclu qalır, bu pulu isə ödəmirlər (1884-cü ildə bu yüksək məbləğ indiki vaxtla müqayisədə 500 min dollara bərabərdir). Daha sonra Tesla bu barədə ətraflı yazır.

Qeyd 2. 1884-cü ildə Birləşmiş Ştatlara köçəndən dərhal sonra Nikola Tesla Edisonun elektrik işıqlandırması Cəmiyyətinin Nyu-York şöbəsində mühəndis kimi işləməyə başladı. Tesla Edisonla tanış oldu, Edison ona özünün ixtira etdiyi sabit cərəyanlı elektrik maşınının konstruksiyasını təkmilləşdirməyi təklif etdi. Məsələ uğurlu olduğu halda Teslaya 50 min dollar həcmində premiyanın veriləcəyinə söz verildi. Tesla bu barədə Edisonla heç bir müqavilə bağlamadı, o rəhbərin sözünə inandı.  Tesla heç təsəvvürünə belə gətirməzdi ki, bir alim digər alimi aldatmağı bacarsın. Parisdə baş verəni Tesla Edisonla heç bir əlaqəsi olmayan  yerli rəhbərliyin alçaqlığı kimi hesab edirdi. Pulla bağlı suala cavab olaraq Edison dedi ki, zarafat edib. Belə işlərə pul ödəmirlər. Əslində isə Edisonun Teslanın etdiyi təkmilləşdirmədən əldə etdiyi kommersiya mənfəəti söz verilən mükafatdan ən azı on dəfə çox idi. Bu hadisə Teslanın Edisonla olan əlaqələrinin kəsilməsinə səbəb oldu, bundan sonra Edison Teslanın yola getməyən, dalaşqan xarakteri haqqında şayələr yaymağa başladı. Tesla ilə Edison arasında olan gərginlik 1931-ci ilə Edisonun ölümünə qədər davam etdi. 1931-ci il 5 noyabrda bacısı Mariçaya göndərdiyi məktubda Tesla yazırdı: “Edison öldü. O ölənə qədər ümid edirdim ki, o öz səhvini düzəldəcək. Mənim pula ehtiyacım yoxdur, mən üzrlə də kifayətlənə bilərdim. Mən gözlədim, amma bu baş vermədi”.

Mənim malik olduğum hər şey ideal və prinsiplərimdir. Bunlar məni Nikola Tesla edəndir. Mən öz elmi  baxışlarımı yanlış olmasına əmin olanda dəyişdirəm bilərəm, lakin mən öz əqidəmi dəyişdirmirəm. Hazırda mənim Venlə elektromaqnitin məkana təsiri araşdırması barədə mübahisəm var. Hərbi nazirlik (O zaman Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi belə adlanırdı) mümkün qədər tez insanlarla təcrübələrə başlamaq istəyir. Ven mənə xidmətdə olan hərbçi könüllülərdən istifadə etməyi təklfi etdi, lakin mən rədd etdim. Mənim prinsipim belədir - əvvəlcə təcrübələr əşyalarla aparılmalıdır, sonra heyvanlarla və ən sonda insanlarla. Könüllülərdən sonra Ven mənə ölüm cəzasına məhkum olunmuş cinayətkarları istifadə etməyi təklif etdi. Onlar onsuz da öləcəklər, ölümdən əvvəl qoy cəmiyyətə xeyir versinlər. Mən yenə də rədd etdim. Mən həm də Venə xəbərdarlıq etdim ki, əgər o mənim xəbərim olmadan təcrübə aparmağa cəhd etsə, mən onunla olan əməkdaşlıqdan imtina edəcəm.

Qeyd 3. “Elektromaqnit qüvvələrinin məkana təsirinin araşdırılması” amerika hərbçilərinin 1943-cü ildə apardığı “Filadelfiya eksperimenti”-nin hesabına məşhurlaşan “Göy qurşağı” layihəsidir. ABŞ hərbi-dəniz qüvvələrinin dağıdan “Eldric” komandası ilə birlikdə 300 kilometdən çox məsafəyə bir anda yerlərini dəyişdilər. Komandanın çox hissəsi həlak oldu, sağ qalanlardan bir hissə psixoloji pozğunluqlar əldə etdi. Eksperiment indiyə qədər sirli olaraq saxlanılır. Komandanın üzvlərinin sənədlə sübutları saxlanılıb, amma ABŞ Müdafiə Nazirliyi hələ də belə eksperimentin aparılmasını qətiyyətlə inkar edir. Qeyd edək ki, gedişat zamanı “Eldric” güclü qüvvənin elektromaqnit təsirinə məruz qaldığı eksperimentin keçirilməsi komanda üzvlərinə gəmiyə görünməzlik üzrə təcrübə kimi izah olunurdu. Guya elektromaqniz sahələri “Eldric”dən işıq və radio dalğaları elə geri çevirməli idi ki, onlar ondan yan keçsin. Eksperimentin əsl mahiyyəti onun birbaşa üzvlərindən gizlədildi.

Nikola Tesla 1936-1942-ci illərdə “Göy Qurşağı” layihəsinin rəhbəri olub. 1942-ci ildə o qəflətən bu layihə ilə məşğul olmağı dayandırdı. Bu əməlin səbəbi Tesla onu izah etmədiyindən naməlum qaldı. Güman etmək olar ki, bu eksperimentdə insanların iştirakı oldu. İstənilən halda faşizmə nifrət edən Teslanı İkinci Dünya Mübaribəsinin ən qızğın çağında belə vacib hərbi layihə üzərindəki işi dayandırmasına məcbur edən səbəb ciddi deyil, çox ciddi olmalı idi.

Məni necə istəsəniz adlandıra bilərsiniz, lakin “vəfasız” və ya “dəlisov” adlandırmaq olmaz, hərçənd məni xoşlamayanlar bu xarakteristikaları tez-tez sadalayırlar. Mənim çox nöqsanların var, lakin vəfasızlıq qətiyyən yoxdur. Mən bütün əməllərimi əvvəlcə düşünürəm. Verdiyim bütün qərarların tutarlı əsasları var. Həyatım boyu bir dəfə olsun belə emosiyalar məni idarə etmədi. Ancaq ağılla! Həmişə ağılla! Mənim də qəzəbləndiyim vaxtlar olur, səsimi ucaldıram və al-qol atıram, lakin bu anlarda belə məni ağıl idarə edir. Ola bilsin mən ekssentrik görünürəm, belə ola bilər. Lakin mən dəlisov deyiləm. İnsanların “Teslanın kaprizləri” adlandırdıqları vərdişlər müəyyən şəraitin təsiri altında formalaşıb. Əgər mən nəyisə xoşlamıramsa, deməli bu mənə hələ də əzab verən hansısa pis xatirələrdə bağlıdır. Daimi hesablama adətim isə cavan olandan formalaşıb. Hesablamalarla mən zəkamı məşq etdirirdim. Alim ağlında hesablamaları səhvsiz həyata keçirməyi bacarmalıdır, heç bir bacarıq isə məşqsız formalaşmır. Məşq getdikcə vərdişə çevrildi.

 Mənim guya insalarla yola gedə bilməməyim və kollektivdə işləməyi bacarmamağım Edison tərəfindən yayılmış yalandır və canfəşanlıqla məni xoşlamayanlar bunu təkrarlayır. Budapeştdə və Strasburqda (Nikola Tesla 1881-1882-ci illərdə telefon xətlərinin çəkilməsi ilə məşğul olan “Amerika telefon şirkəti”-nin Budapeşt filialında işləyib. 1883-cü ilin oktyabr ayından 1884-cü ilin fevral ayına qədər o Strasburqda elektrik stansiyasının tikintisinə rəhbərlik edib) bu yalanı təkzib edəcək insanlar hələ də qalıb, lakin mən yazışmaya vaxt itirmək və mənim yaşda olan insanları narahat etmək istəmirəm. Mən insanlarla dil tapmağı və kollektivdə işləməyi bacarıram. Lakin mənim işimin məğzinin özü individualdır. Mənə fikirləşmək üçün kollektiv lazım deyil. Təklikdə fikirləşmək yaxşıdır. Buna görə də mən tək işləyirəm. Məni - “tərki-dünya” insanı (“tərki-dünya” Teslanın əlyazmasında dırnaq işarəsi içərisində qeyd edilib) tualetdən başqa hər yerə öz əməkdaşları ilə gedən Edisonla müqayisə edəndə mənə toxunur. Müqayisə etdiyinizi anlamadan heç nəyi müqayisə etmək olmaz. Mən həmişə deyirəm və yenə də təkrar edirəm ki, bizim Edisonla tamamilə fərqli metodlarımız var. Mən – düşünənən. Mən əvvəlcə problem barədə düşünürəm, sonra isə eksperimentlərə başlayıram. Mən hər bir eksperimentim başlayana qədər sadəlik, sürətlilik və dəqiqliyə görə diqqətlə nəzərdən keçirilir. Edison isə fikirləşməyi nə sevmirdi, nə də bacarmırdı. O ancaq təcrübələr aparırdı, buna baxmayaraq onun təcrübələrinin çoxu çətin və lazımsız idi. O kor-koranə gəzirdi, təsadüf axtarışında idi. Edisonun eksperimentlərinin çoxuna çoxlu sayda əməkdaş tələb olunurdu (mən onun şirkəti deyil, laboratoriyası barədə deyirəm). Lakin əməkdaşlar Edisona təkcə eksperimentlər üçün lazım deyildi. O başqalarının kəşf və ixtiralarını asanlıqlda öz adına çıxarırdı. Mən öz üzərimdə bunu təcrübədən keçirmişəm və Edisonun aldatdığı və qarət etdiyi başqa insanlar da tanıyıram. Mən güman edirəm ki, Edisonun mindən çox patentinin ancaq iki yüzə yaxını ona aiddir (Edison yaşadığı müddətdə dörd minə yaxın patent alıb. Tesla min patent deyərkən Edisona ABŞ-ın verdiyi 1093 patenti nəzərdə tuturdu).  Edisonun məşhur ixtiralarından ancaq telefon ötürücüsü onun zəkasının bəhrəsidir. Fonoqrafı Edisonun ilk əməkdaşlarından Bernşteyn familiyalı bir adam fikirləşib. Lampa ideyasını Edison rus alimi Lodıgindən oğurlayıb.  Kinetoskop və kinetoqrafı Uilyam Dikson ixtira edib. Diksonun bəxti o birilərdən çox gətirib. Edison onu kinetoqrafın həmmüəllifi edib – şöhrəti əlindən almadı, “kübarcasına” onu ayırıb böyük hissəsini özünə götürdü. Bununla o Diksonu yanında saxlamağa ümid edirdi, lakin Dikson onsuz da getdi. Əvvəl-axır Edisonun bütün əməkdaşları ondan qaçırdılar.

Qeyd 4. Nikola Tesla Aleksandr Nikolayeviç Lodıginlə (1847-1923) ABŞ-da yaşayarkən bir dəfə də rastlaşmayıb. Lodıgin orada 1905-1907-ci və 1918-1923-cü illərdə yaşayıb. Teslanın bacısı oğlu Sava Kosanoviçin şahidliyinə əsasən Tesla Lodıginə çox böyük rəğbət bəsləyirdi və onu “dahi alim” adlandırırdı. Belə tərifi Tesla hər kəs barəsində demirdi.

Qeyd 5. Kinetoskop – hərəkət edən şəkli göstərən ən birinci kinematoqrafik aparat olub. Kinoproyektordan fərqli olaraq kinetoskop şəkli okulyardan izləyə bilən tək izləyici üçün nəzərdə tutulmuşdu. Kinetoqraf hərəkət edən şəkli həssas lentə yazan aparatdır.

Qısaca bunu deyim – mən layiqli insanlara yola gedirəm, layiqsiz insanlarla ünsiyyətdən isə qaçmağa çalışıram. Bu Teslanın əsas qaydasıdır.

Bəzən insanlar əks istiqamətdə gedir və onlar mənə mövcud olmayan cəhəti mənə aid etməyə başlayırlar. Mənim peyğəmbərlik vergim haqqımda çoxlu şayələr yayılıb, lakin bu əslində belə deyil. Mən gələcəyi görmürəm, heç sabah başıma nə gələcəyini belə bilmirəm, uzun müddətdən danışmağa dəyməz. Gələcəyi mən görmürəm, amma intuisiyam güclü inkişaf edib. Bəzən mən  nəsə olacağından narahat olduqda öz planlarımı qəfil dəyişməli oluram(növbəti dəlisovluq qınağına bəhanə verirəm). Mən nəsə fikirləşəndə qəfil güclü həyəcan hiss edirəmsə hər hansı bir yerə getməkdən imtina edirəm. Daha sonra intuisiyamın məni nədən qoruduğunun şahidi oluram. Mənim həyəcanlarım heç vaxt əbəs olmayıb.

Yekun olaraq təmizliyə olan tələbkarlığım barədə danışmaq istəyirəm. Bu demək olar ən çox müzakirə olunandır. Mən qəzetlərdə xidmətçilərə necə “əzab verməyim” barədə oxuyanda gülürəm. Guya mən nömrəmi gündə bir neçə dəfə təmizləməyi tələb edirəm və ya gün ərzində çoxlu dəsmal dəyişirəm. Bəli, mən təmizlik məsələlərində çox xırdaçıyam, amma bu xarakter orqanizmin bakteriyalara olan yüksək həssaslığından irəli gəlir. Çirk mənim üçün çox zərərlidir, buna görə də mən olduğum yerin təmiz olmasına diqqət yetirirəm. Təmizliyi bəyənmədiyim yerdə əlcəyimi çıxarmıram və heç nəyə toxunmamağa çalışıram. Son vaxtlar müraciət etdiyim həkimlər bu vərdişimi şıltaqlıq deyil, ağıllı tədbir hesab edir.

Öz xarakterim haqqında artıq heç nə deyə bilmərəm.

Mən ən adi insanam. Mən özümü dahi hesab etmirəm. Mənim digər insanlardan fərqim ağlımın canlı və itiliyidir. Ağıl itiliyini dahiliklə müqayisə etmək olmaz. Dahilər NyutonFaradey olub.

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: Mənim metodum və cari işim

Növbəti hissə: Nikola Teslanın gündəliyi: valideynlərim

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR