Slimfit
  1. İDMAN

Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilib

Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilib
Sakura

Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilib

Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib. Bu barədə "Report"a AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin İcraiyyə Komitəsinə təqdim etdiyi hesabat ətrafında qızğın müzakirələr gedib. Qərara gəlinib ki, Yurçeviç yeni iş yeri ilə bağlı danışıqlar aparmaqda sərbəstdirlər. V.Sadıqov bu vəzifəyə baş məşqçi təyinatının müzakirə olunmadığını da əlavə edib.

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. Onunla həmin vaxt 1 illik müqavilə bağlanılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR