Slimfit
  1. DÜNYA

Norveç iki ildə Ukraynaya yarım milyard dollardan çox vəsait ayırıb

Norveç iki ildə Ukraynaya yarım milyard dollardan çox vəsait ayırıb
Sakura

Norveç iki ildə Ukraynaya yarım milyard dollardan çox vəsait ayırıb

Norveç son iki ildə Ukraynaya 500 milyon dollardan çox maliyyə yardımı ayırıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən Norveç hökuməti Ukraynaya birbaşa büdcə dəstəyi üçün 500 milyon dollardan çox vəsait ayırıb.

Toplanmış vəsait dövlət büdcəsinin prioritet sosial və humanitar ehtiyaclar üçün xərclərinin kompensasiyasına yönəldilib. Bunlar təqaüdlər, təhsil və səhiyyə işçilərinin əmək haqları, əhalinin sosial müdafiəsi, humanitar yardımlardır.

Kiyev dəfələrlə vurğulayıb ki, Qərb müttəfiqlərinin dəstəyi olmadan ölkə iqtisadi böhranla üzləşəcək. Ukraynanın cari il üçün 43,9 milyard dollarlıq büdcə kəsiri nəzərdə tutulub. Ölkə hakimiyyəti bunun böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə əhatə edəcəyini gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR