Slimfit
  1. DÜNYA

“Nova-C” Aya enib: 50 illik fasilədən sonra ABŞ-nin peykə ilk enişi gerçəkləşdirilib

“Nova-C” Aya enib: 50 illik fasilədən sonra ABŞ-nin peykə ilk enişi gerçəkləşdirilib
Sakura

“Nova-C” Aya enib: 50 illik fasilədən sonra ABŞ-nin peykə ilk enişi gerçəkləşdirilib

Amerikanın özəl şirkəti “Intuitive Maсhines”ə məxsus kommersiya məqsədli kosmik zondu ilk dəfə Aya enib və oradan siqnal ötürüb. Bu, 50 il əvvəl “Apollon” proqramının başa çatmasından sonra ABŞ-nin Aya ilk enişidir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, tarixi hadisə NASA-nın sosial şəbəkə hesabında canlı yayımda işıqlandırılıb.

Aya eniş Bakı vaxtı ilə 03:23-də baş tutub. Enişdən sonra kosmik qurğu ilə əlaqə qurmaq mütəxəssislərin 10-15 dəqiqəsini alıb.

“Biz səthdəyik və siqnal ötürürük. Aya xoş gəlmisiniz”, – “Intuitive Maсhines” şirkətinin başçısı Stiv Altemus söyləyib.

Qeyd edək ki, “Odissey” adını almış “Nova-C” modulunun Ayda 14 gün ərzində fəaliyyət göstərəcəyi gözlənilir. Qurğu iş adamı İlon Maskın Amerika aerokosmik şirkəti “SpaceX”in “Falcon-9” daşıyıcı raketi ilə lazımi trayektoriyaya buraxılıb. “Falcon 9” fevralın 15-də yerli vaxtla saat 01:05-də (Bakı vaxtı ilə 10.05) Floridada Kanaveral burnunda yerləşən Con Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb. İlkin olaraq buraxılış fevralın 14-ü səhərə planlaşdırılsa da, texniki nasazlıq səbəbindən bir gün ertələnib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR