Slimfit
  1. BİOQRAFİYA

Növrəs İman

Növrəs İman
Sakura

Növrəs İman - Azərbaycan ustad şairi, aşıq, el nəğməkarı

Növrəs İman (13 may, 1903, Göyçə, Ağkilsə - 1932, itkin) — Azərbaycan ustad şairi, aşıq, el nəğməkarı.

Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.

İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.

Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o ,xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.

Növrəs İmanın Şahmalı Salahov adlı bir oğlu olub.

Kitabları

  • "Növrəs İman" (toplayanı: İslam Ələsgər) Bakı, 2004.

Şərəcəsi

  • Heydər
  • Əbdüləzim
  • Təhməz
  • Talıbxan
  • Allahverdi
  • Alməmməd kişi
  • Məşədi Saleh
  • Növrəs İman

 

Qoşmalar

 

Təcnislər

 

Dodaqdəyməz təcnislər

 

Cığalı təcnislər

 

Divanilər

 

Müxəmməslər

 

Deyşimələr

 

Kitabları

  • Miskin Vəli, Növrəs İman. İki ustad. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 192 s.
  • Növrəs İman. Seçilmiş əsərləri. Bakı: Səda, 2004, 199 s

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR