Slimfit
  1. SİYASƏT

Nurit Qringer: "Ermənistanın vandalizmi ağlasığmazdır"

Nurit Qringer: "Ermənistanın vandalizmi ağlasığmazdır"
Sakura

Nurit Qringer: "Ermənistanın vandalizmi ağlasığmazdır"

“Ermənistan tamamilə xarabalığa çevrilmiş, dağıdılmış, sözün əsl mənasında sıfırdan bərpa edilməli olan bölgə qoyub”.

Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında həmin şəhərdə səfərdə olan Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer bildirib.

“Ermənistanın vandalizmi ağlasığmazdır. Bu ərazilərdə minalara qarşı xəbərdarlıqların çox olması, eyni zamanda, minalar səbəbindən istədiyiniz əraziyə getmək imkanının olmaması ciddi narahatlıq doğurur. Minalara görə bu ərazilərdə gəzmək çox təhlükəlidir”, - o deyib.

Onun sözlərinə görə, Ermənistan iddia edirdi ki, guya bu torpaqlarda ölkə quracaq:

“Amma burada ölkə quruculuğuna dair heç nə görmədim. Əksinə, bu ərazilərdə dağıntıların, mədəni-dini irsə hörmətsizliyin şahidi oldum”.

N.Qringer əlavə edib ki, Azərbaycan hökumətinin bu ərazilərdə hava limanlarının tikintisi daxil olmaqla, qısa müddətdə bərpa və tikinti işləri bağlı göstərdiyi səylər onda dərin təəssürat yaradıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR