Ens.az
16 sentyabr 2019, bazar ertəsi
.
chevron_left chevron_right
KİNO

Ögey ana (film, 1958)

Ögey ana (film, 1958) — Rejissor Həbib İsmayılovun filmi

279 Baxış
Ögey ana (film, 1958)

Məzmun

Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonununBuynuz kəndində cərəyan edir.

Festivallar və mükafatlar

  • 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı
  • Film Üçüncü mükafat almışdır.

Film haqqında

  • Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk işidir.
  • Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı.
  • Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər.
  • Prokata çıxdığı zaman filmə 21,8 milyon tamaşaçı baxmışdı.
  • Filmin kadrlarından 1993-cü ildə İsmayılın ekran həyatının davamı olan "Fəryad" filmində istifadə olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Həbib İsmayılov, Anna Yan
Quruluşçu rejissor: Həbip İsmayılov
Quruluşçu operator: Xan Babayev
Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Məmməd Hüseynov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: İlya Ozerski
Mahnıların mətni: Zeynal Cabbarzadə
Rejissor: Məmməd Əlili
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski
Çalır: Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Tofiq Quliyev
Filmin direktoru: V. Krutikov
Mahnı İfa edənlər: Şövkət Ələkbərova, Məsumə Atamova ("Kəndimiz" mahnısı)
Rejissor assistenti: Ramiz Əliyev

Rollarda

Nəcibə Məlikova — Dilarə
Fateh Fətullayev — Arif
Həqiqət Rzayeva — Qəmər
Ceyhun Şərifov — Dadaş
A. Məmmədova — Solmaz
Hacı Murad Yagizarov — Ayaz (H. Yegiazarov kimi)
Ələsgər Ələkbərov — Hüseyn dayı
Nəsibə Zeynalova — Fatmanisə
Şəfiqə Qasımova — Zeynəb
Ceyhun Mirzəyev — İsmayıl
Sevinc Axundova — Cəmilə
Fərhad Bakıxanov — Səməd
Əli Qurbanov — Qurbanəli
A. Əzimova
S. Mirsadıqova
Ələkbər Hüseynzadə — Ayazın atası
Əkbər Fərzəliyev — fəhlə
A. Hüseynov
Fazil Salayev — kənd sakini (titrlərdə yoxdur)
Dadaş Kazımov — rəngsaz (titrlərdə yoxdur)
Azad Dadaşov

Filmi səsləndirənlər

Hökümə Qurbanova — Dilarə (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov — Hüseyn dayı (Ələsgər Ələkbərov) (titrlərdə yoxdur)

Maraqlı fakt

Filmdə "İsmayıl" rolunu canlandıran Ceyhun Mirzəyev təhlükəli epizodlarda yer almayıb. Onun əvəzinə dublyor çəkilib. İsmayıllı rayonunun Qalacıqkəndində yaşayan Vaqif Babayev Ceyhun Mirzəyevin dublyoru olub.


VİDEO QALEREYA
Çivita-di-Banorecr (Civita di Bagnoregio) - İtaliyada "ölü şəhər". Şəhərə ancaq bu yaxınlarda inşa olunmuş uzun piyada körpüsü ilə getmək mümkündür. 17-ci əsrdə burada güclü zəlzələ olub və ondan sonra şəhər getdikcə adaya çevrilməyə başlayıb, yerli
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X