Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ömər Cəbrayılov Məzahir oğlu

Ömər Cəbrayılov Məzahir oğlu
Sakura

Doğum tarixi : 1997 Vəfat tarixi: 2 aprel 2016

Ömər Məzahir oğlu Cəbrayılov (d. 1997; Ağdaş, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Ömər Cəbrayılov 1997-ci ildə Ağdaş rayonunun Şəkili kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Ömər Cəbrayılov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Ömər Cəbrayılov doğulduğu Ağdaş rayonunun Şəkili kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəbrayılov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ömər Cəbrayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR