Slimfit
  1. SİYASƏT

Onnik Krikoryan: “Azərbaycanla sülh sazişi Paşinyana siyasi dividendlər qazandıra bilər”

Onnik Krikoryan: “Azərbaycanla sülh sazişi Paşinyana siyasi dividendlər qazandıra bilər”
Sakura

Onnik Krikoryan: “Azərbaycanla sülh sazişi Paşinyana siyasi dividendlər qazandıra bilər”

“Azərbaycanla sülh sazişinin imzalanması 2026-cı il seçkilərində Ermənistanın baş naziri Nikol Paşinyana siyasi dividendlər qazandıra bilər”.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu britaniyalı jurnalist Onnik Krikorian “X” sosial şəbəkəsində İrəvan Ağsaqqallar Şurasına keçirilmiş seçkilərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2026-cı ilə qədər seçiciləri cəlb edə biləcək yeni siyasi qüvvə və ya fiqurun meydana çıxması ehtimalı getdikcə reallaşır: “Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkün qədər tez bir zamanda imzalanmalıdır ki, bununla bağlı dividendlər Ermənistanda növbəti parlament seçkilərində artıq nəzərə çarpsın”.

O əlavə edib ki, bütün bunlar hətta N.Paşinyanın namizədi Tiqran Avinyanın Ermənistan paytaxtının meri olduğu təqdirdə belə, qüvvədədir.

Jurnalist qeyd edib ki, loqosunda Azərbaycanın bir zamanlar işğal altında olmuş əraziləri ilə birlikdə Ermənistan ərazisini əks etdirən “Aprelu Yerkir” partiyasının təmsilçisi, Ruben Vardanyanın dəstəklədiyi Mane Tandilyan seçki baryerini keçə bilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR