Slimfit
  1. BİOQRAFİYA

Oqtay Əsədov

Oqtay Əsədov
Sakura

Əsədov Oqtay Sabir oğlu — Azərbaycan Respublikası Milli Məclisinin sədri

Əsədov Oqtay Sabir oğlu — Azərbaycan Respublikası Milli Məclisinin sədri.

 

Həyatı

Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.

 
Deputatlarla birlikdə

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir. 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Rus və ingilis dillərini bilir. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. 2014-cü ildə Prezidenti İlham Əliyev Oqtay Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Evlidir, 2 övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR