Slimfit
  1. CƏMİYYƏT

Ordubadda yeni otel kompleksi, uşaq bağçası və məktəb binası tikiləcək

Ordubadda yeni otel kompleksi, uşaq bağçası və məktəb binası tikiləcək
Sakura

Ordubadda yeni otel kompleksi, uşaq bağçası və məktəb binası tikiləcək

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdən əvvəl səlahiyyətli nümayəndə Fuad Nəcəfli və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ümummilli Liderimiz Heydər Əliyevin Ordubad şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra vətəndaşları qəbul edən səlahiyyətli nümayəndə ötən dövrdə də sakinlərlə görüşlərin keçirildiyini, bu cür görüşlərin nöqsan və çatışmazlıqların müəyyənləşdirilməsi və həllində mühüm rol oynadığını bildirib. Vurğulayıb ki, il ərzində rayonun bir sıra yaşayış məntəqələrində su təminatı yaxşılaşdırılıb, yollar yenidən qurulub, körpülər tikilib və digər tədbirlər görülüb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın belə tədbirlərin növbəti ildən daha geniş və əhatəli şəkildə təşkilinə imkan verəcəyini bildirən Fuad Nəcəfli qeyd edib ki, gələn ildən Ordubadda da mühüm infrastruktur layihələri reallaşdırılacaq. Azərbaycanın turizm incisi olan Ordubad şəhərində yeni otel kompleksi tikiləcək, şəhərin Anbaras və Sərşəhər məhəllələri şəhərin yeni baş planına uyğun yenidən qurulacaq, Ordubad abidələri və tarixi yerlər elmi əsaslarla, orijinal quruluşu saxlanılmaqla bərpa olunacaq, şəhərdə inşa olunacaq Şəhidlər Memorial Abidə Kompleksində Ordubadın qəhrəman oğullarının xatirələri əbədiləşdiriləcək. Bundan başqa Ordubad şəhərində yeni uşaq bağçası, yeni istehsal müəssisələri, Kələntər Dizə kəndində müasir məktəb binası inşa olunacaq, qəsəbə və kəndlərdə infrastrukturlar yenilənəcək, yollar və körpülər inşa ediləcək. Bütün bunlar əhalinin rifah halını yüksəldəcək.

F.Nəcəfli söyləyib ki, ötən dövrdə aparılan vətəndaş qəbulları nəticəsində qlobal istiləşmə zəminində muxtar respublikada əhalinin ən çox əziyyət çəkdiyi problemlərin əsasında içməli su təminatının dayandığı müəyyən edilib. Naxçıvanda bu baxımdan ən çox əziyyət çəkən 12 yaşayış məntəqəsi müəyyənləşdirilib və Heydər Əliyev Fondu tərəfindən mövcud problemlərin qısa zamanda aradan qaldırılması üçün vəsait ayrılıb. Bu yaşayış məntəqələri sırasında Ordubadın Düylün kəndi də var.

Səlahiyyətli nümayəndə qeyd edib ki, ölkəmiz üçün olduqca uğurlu il olan 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini, Ulu Öndərin siyasətini uğurla davam etdirərək ölkəmizi zəfərdən zəfərə aparan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 illiyini və digər mötəbər tədbirləri qeyd etdik. Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyimiz tam bərpa olundu. Növbəti il isə ölkəmizin bütün ərazisində prezident seçkilərinin keçirilməsi ilə yaddaqalan olacaq.

F.Nəcəfli bu cür görüşlərdə fəal iştirak etməklə mövcud problemlərin gündəmə gətirilməsinə və həllinə dəstək göstərdiklərinə görə Ordubad rayon ictimaiyyətinə təşəkkür edib, hər kəsi gələn il səsvermə hüququndan istifadə etməyə səsləyib.

Sonra görüşdə iştirak edən rayon sakinlərinin hər biri ilə fərdi söhbət aparılıb, onların problemləri və təklifləri dinlənilib. Müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR