Dərc edildi: Baxış sayı: 3656
Öysüzlü Aşıq Səməd - Zeynəb
Saxlayıbdı aşığına,
Ağ üzündə xalı Zeynvb.
Dodaqları süd qaymağı,
Əcəb beçə balı, Zeynəb.
İstarəm gələm oynuna,
Qolum dolayım boynuna.
Turunc götürüb qoynuna,
O səri sevdalı Zeynəb.
Qəlbdən-qəlbə gər yol olsa,
Dəli könlüm eşqə dolsa,
Canan cananını bulsa,
Ola xoş havalı, Zeynəb.
Yar məni eşqə salmasa,
Onnux sinəma çalmasa,
Sevən, sevəni almasa,
Yaman olur halı, Zeynəb.
İşarət eylərəm qansan,
Mən yanaram, sən də yansan.
Məni özünə yar sansan,
Səməd qadan ala, Zeynəb,
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət