Slimfit
  1. DÜNYA

Özbəkistanın keçmiş prezidentinin qızının Britaniyada milyonlarla dollarlıq əmlakı müsadirə edildi

Özbəkistanın keçmiş prezidentinin qızının Britaniyada milyonlarla dollarlıq əmlakı müsadirə edildi
Sakura

Özbəkistanın keçmiş prezidentinin qızının Britaniyada milyonlarla dollarlıq əmlakı müsadirə edildi

Özbəkistanın keçmiş prezidentinin qızının Britaniyada milyonlarla dollarlıq əmlakı müsadirə edildi

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Britaniya hakimiyyəti Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus iki mənzil və malikanəni müsadirə edib.

Böyük Britaniyanın Xüsusilə böyük məbləğdə fırıldaqçılıqla mübarizə Bürosu (Serious Fraud Office - SFO) tərəfindən müsadirə edilən əmlakın dəyəri 25 milyon dollardan (11,3 milyard tenge) çox olaraq qiymətləndirilir.

Bu barədə nəzarət orqanının məlumatında bildirilib.

Söhbət Londonun prestijli Belqraviya rayonundakı iki mənzildən və Surrey qraflığındakı malikanədən gedir ki, onların da dəyərinin 20 milyon funt-sterlinqdən (11,3 milyard tenge) çox olduğu qeyd edilir.  

SFO-nun məlumatına görə, G.Kərimova və ailəsi bu mülkü Özbəkistandakı korrupsiya fəaliyyətindən əldə edilən gəlirlə alıb.

Qeyd edək ki, SFO 2018-ci ilin oktyabrında G.Kərimovanın Britaniyadakı aktivlərinə, o cümlədən üç mülkünə həbs qoyulması üçün məhkəməyə müraciət edib. Böyük Britaniyanın Ali Məhkəməsi hazırda bu iddianı təmin edib.

Xatırladaq ki, G.Kərimova bir neçə ildir Özbəkistanda cəzasını çəkir. 2020-ci ilin martında Ali Məhkəmə onun cinayətkar qrup yaratmaq, dələduzluq, oğurluq və digər cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edildiyi barədə məlumat  vermişdi.

G.Kərimova ilə bağlı İsveçrə, Fransa, ABŞ və bir sıra digər ölkələrdəki aktivlərin ümumi məbləği təxminən 1,4 milyard dollar qiymətləndirilir. Özbəkistan hökuməti onların bir qismini geri qaytarmağa çalışır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR