Slimfit
  1. CƏMİYYƏT

Parklanmaya icazəsi olan avtomobilə yazılan cəriməyə məsul qurum tapılmır

Parklanmaya icazəsi olan avtomobilə yazılan cəriməyə məsul qurum tapılmır
Sakura

Parklanmaya icazəsi olan avtomobilə yazılan cəriməyə məsul qurum tapılmır

Vətəndaş Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi protokoldan şikayətçidir.

Bildirilib ki, “Formula-1” Azərbaycan Qran-prisi zamanı avtomobilinin parklanma icazəsi olsa da, ona cərimə yazılıb:

“Maşını park edəndə orada Yol Patrul Xidməti (YPX) maşını və xidmətin iki əməkdaşı var idi. Həmin gün şikayətimi bildirdim. Səhəri gün yenə də orada dayanan YPX əməkdaşına problemi bildirdim. Dedilər ki, “cərimə yazılmaması üçün kameralar söndürülmüş olmalıdır, amma yenə də şikayət et”. Dəfələrlə şikayət etmişəm, amma baxılmır və cərimə də hesabımda qalır. Nəticədə üstünə faiz gəlir”.

Ens.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, görüntüləri DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi çəkib, məsələni də onlar aydınlaşdırmalıdırlar.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ qurumun səlahiyyətində deyil:

“Bu məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi baxır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR