Slimfit
  1. CƏMİYYƏT

Payızda istilik qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA

Payızda istilik qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
Sakura

Payızda istilik qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA

Son günlərdə sentyabr ayından “Azəristiliktəchizat” ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb.

Ens.Az-ın məlumatına əsasən,Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar müqavilələr üzrə həyata keçiriləcək:

“Nəzərə alaq ki, 1 sentyabr 2024-cü il tarixədək qeyri-əhaliyə bir kubmetr istilik xidməti 25 qəpiyə satılır. Bu tarixdən sonra qeyri-əhali qrupu üzrə istehlakçılarla xidmətlərin qiyməti “Azəristiliktəchizat” ASC tərəfindən müəyyən ediləcək.

Bildiyiniz kimi, qeyri-əhali istehlakçı qrupu üzrə istilik təchizatı xidmətlərinə görə  qiymətlər dövlət tərəfindən tənzimlənir.

Ona görə də Nazirlər Kabineti tərəfindən 5 aprel 2024-cü il tarixində “Qiymətləri, tarifləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısının təsdiq edilməsi haqqında” 2005-ci ilin 28 sentyabr tarixli 178 saylı və “İstilik enerjisində istifadə qaydaları haqqında” 2023-cü ilin 5 sentyabr tarixli 303 saylı qərarlarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR