Slimfit
  1. UŞAQLAR ÜÇÜN

Pediatr: “Üç yaşdan yuxarı olan uşaqlara turşu kələm məsləhət görülür”

Pediatr: “Üç yaşdan yuxarı olan uşaqlara turşu kələm məsləhət görülür”
Sakura

Pediatr: “Üç yaşdan yuxarı olan uşaqlara turşu kələm məsləhət görülür”

“İmmun sisteminin möhkəmləndirilməsi əsasən üç istiqamətdən ibarətdir: Rasional qidalanma, yetərincə fiziki aktivlik və yuxu rejimi”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlarda respirator viruslar haqqında danışarkən deyib.

Pediatr qeyd edib ki, rasional qidalanmada ən önəmli məqamlar iki yaşa qədər uşaqlarda ana südüdür:

“Sözsüz ki, təbii qidalanma vasitəsilə körpə immun sisteminə aid olan maddələri qəbul edir. Digər yaş dövrlərində immun sistemini stimullaşdırmaq üçün üstünlüyü yaşıl tərəvəzlərə, sarı meyvələrə və turş süd qarışıqlarına (probiotik) vermək tövsiyə olunur. Üç yaşdan yuxarı olan uşaqlara Aralıq dənizi pəhrizindən turşu kələm məsləhət görülür. Uşaqların gündəlik həyatında yetərli qədər fiziki aktivlik önəmlidir.

Artıq tibdə vitamin D3-ün immun sisteminə müsbət təsiri təsdiq olunub. Sözsüz ki, vitamin D-nin mənimsənilməsi üçün dəri ultrabənövşəyi şüa almalıdır. Azərbaycan şəraitində ultrabənövşəyi indeks daimi iki olduğuna görə, vitamin D ilə təmin olunmaq üçün gün ərzində 2 saata qədər havada olmaq zəruridir”. 

G.Ağayeva bildirib ki, vitamin D-ni səhər saatlarında vermək daha məsləhətlidir:

“Digər böyük faktor davamlı yuxudur. Uşaqların yaş dövründən asılı olaraq yuxu müddəti fərqlənir. Yenidoğulanlarda 18-20 saat, 3 yaşında olan uşaqlarda 11 saata kimi azalır. Yuxu gigiyenasında eyni saatda yatıb və eyni saatda durmaq məsləhətdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR