Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək
Sakura

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçiriləcək.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 922 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 87 nəzarətçi‑müəllim, 13 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR