Slimfit
  1. TEXNOLOGİYA

Porsche paltaryuyan hazırladı

Porsche paltaryuyan hazırladı
Sakura

Porsche paltaryuyan hazırladı

Porsche Design studiyası yapon məişət texnikası istehsalçısı olan Panasonic şirkətinin sifarişi ilə paltaryuyan maşının xarici görkəmini dizayn edib. Premium sinfinə aid olan Panasonic Alpha Çin bazarında 2900 dollara satılacaqdır.

Fins.az xəbər verir ki, Panasonic Alpha maşınının əsas cəhəti tutqun rəngli paslanmayan poladdan hazırlanmış gövdəsi və Porsche avtomobillərinin cihazlar panelinə bənzəyən rəqəmsal panelidir. Paltaryuyan maşın Wi-Fi modulu ilə təchiz edilibdir ki, bu modulun köməkliyi ilə maşın sahibi yuyucu vasitənin miqdarını tənzimləyə, maşını smartfonun köməyi ilə işə sala və yumanın bitdiyi barədə məlumat ala bilər. Bundan başqa, maşın vibrasiyanın qarşısını alan asqıya və unikal havalandırma sisteminə malikdir. Yuma bitdikdən sonra paltaryuyan maşınnın qapısı iki santimetr irəli çıxaraq havanın dərhal içəri daxil olmasını təmin edir.

Bu barədə Av Panasonic şirkətinin məişət texnikası bölümünün rəhbəri Tetsue Homma Çin bazarının seçilməsinin səbəbini belə açıqlayıb: “Varlı çinlilər alman dizaynına və smartfonla idarəetməyə üstünlük verirlər. Digər ölkələrdəki alıcılar buna görə pul ödəmək istəmirlər. Onların istehlak iştahası fenomenaldır. Biz onlara lazım olan qədər maşın istehsal edə bilmərik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR