Slimfit
  1. TEXNOLOGİYA

Power bank – hansı yaxşıdır?

Power bank – hansı yaxşıdır?
Sakura

Power bank – hansı yaxşıdır?

Elə görünür ki, hamı Power Bank haqqında hər şeyi bilir, əslində isə hər şey belə asan deyil.

Əlbəttə ki, çoxları artıq bunun nə olduğunu bilir və daim ondan istifadə edir, lakin onun seçimi hər zaman müzakirə olunur. Çox suallara cavab verməyə çalışacağıq.

Power Bank adlanan xarici akkumulyatoru ixtira edənə təşəkkür edirik. Bu cihazları əsasən yolda, səyahət zamanı istifadə etsək də evdə də elektrik yuvası uzaq olanda ondan çox istifadə edirik. Hazırda bir çox mağazalarda bu cihazları almaq olar. İlk baxışdan sadə görünür: aldın, qoşdun və dolma başladı. Əslində isə belə sadə deyil.

İstehlakçıların narazılığına səbəb olan əsas amil onların keyfiyyətinin aşağı olmasıdır. Səbəb isə budur ki, çoxlarının çin internet mağazalarından ucuz qiymətə alması və onun xarakteristikalar, istehsalçısı barədə seçim etməmələridir.

Ən çox yayılmış fırıldaqçılıq çin saytlarında rast gəlinir və onun həcmi düzgün göstərilmir. Çox şey yazmaq olar, ancaq reallıqda siz 6-7 dollara 16000 mA/s ala bilməzsiniz. Ancaq belə yazırlar. Əlbəttə ola bilsin ki, hər hansı yeni tanınmayan şirkət ucuz və keyfiyyətli məhsul təqdim etsin, ancaq belə hadisə möcüzə ola bilərdi. Kobud desək 10 min mA/s həcmli power bank 15-20 dollardan aşağı axtarmaq lazım deyil, 20 minlik isə 35-40 dollar ola bilər. Həm də bu qiymətlər dolma səviyyəsini göstərən rəqəmsal ekran və s. əlavə funksiyası olmayan sadə modellər üçün keçərlidir.

Bütün deyilənlər çin mağazalarında olan ticarətə aiddir. Azərbaycan mağazalarında isə bu qiymətlərə ən azı 20-30% əlavə olunaraq satılır. Nəzər almaq lazımdır ki, həmin keyfiyyətsiz və qeyri-dəqiq xarakteristikalı məhsulları burada da satırlar. Bəzi şirkətlər isə noname xarici akkumulyatorları öz brendləri kimi satırlar. Beləliklə AliExpress saytında 8 dollara olan məhsul bizdə ən azı 15 dollara olacaq və alıcıya keyfiyyətli bir məhsul kimi görünə bilər. Əslində isə belə deyil.

Power Bank istehsal edən ciddi brendlər çoxdur. Bunlara Samsung, Xiaomi, Huawei, Asus, Sony və Lenovo kimi şirkətlər aiddir. Əlbəttə ki, onlar etibarlı və keyfiyyətli olacaq, çünki nəhəng şirkətlər daha keyfiyyətli məhsul istehsal edir. Onlar digərlərindən daha az tutumlu ola bilər, ancaq daha keyfiyyətli olacaq. Ən başlıcası isə yadda saxlamaq lazımdır ki, bu telefonunuz və hətta özünüzə belə zərər verə biləcək qəliz elektron cihazdır.

Hamıya məlumdur ki, markanın populyarlığı artdiqca onu da daha artıq saxtalaşdıracaqlar. Orijinalı saxtadan ayırmaq haqqında çox danışmayacağıq, çünki şirkətlər çoxdur və hər birinin ayırma üsulları var. Bu informasiyanı İnternetdə şəkillər və nümunələrlə tapmaq mümkündür. Əgər biz məhsulu Çindən sifarişlə gətirsək ucuz olacaq, ancaq keyfiyyət zəmanəti olmayacaq, çünki onu ödənişdən əvvəl yoxlamaq olmayacaq. Buna görə də riski minimum etmək üçün ən azı bir neçə yüz ədəd satmış və keyfiyyəti barədə şikayətlənməyən alıcılardan rəy almış satıcıdan almaq lazımdır.

Məsələ subyektiv olduğu üçün Power Bank alarkən 50 manata qədər olan qiymətlərdə xaricdən almağa ehtiyac yoxdur, çünki qiymət fərqi hiss olunan dərəcədə olmayacaq. Bu təxminən 15-20 faiz ola bilər.

Power Bank seçərkən bu faktoru əsla unutmaq lazım deyil. Əgər siz 10 min mA/s həcmli alırsınızsa bu 2500 mA/s həcmli akkumulyatorlu telefonunuzu dörd dəfə dolduracağınız demək deyil. Bu heç də daha əvvəl izah etdiyimiz brend populyarlığı ilə əlaqədar deyil. Əslində isə göstərdiyimiz nümunəyə görə dolma sayı maksimum 3 olacaq. Bu bir çox faktorlardan asılıdır. Birincisi təqdim olunan həcm başqa olur, real həcm isə fərqli olur. Hətta ciddi brendlərdə belə elan olunan həcmlə real həcm arasında fərqlilik mövcuddur. İkincisi hər cihazda dolma prosesinə nəzarət edən fərqli kontroller quraşdırılıbsa onda itkilərin olmaması mümkün deyil. Üçüncüsü isə telefon əgər söndürülməyibsə, hal-hazırda aktivdirsə dolduqca müəyyən enerjisi sərf edir. Buna görə də telefon tam dolana qədər onun həcmi qədər deyil, buna əlavə olaraq bu zaman ərzində sərf etdiyi enerji qədər də istifadə edəcək.

Həmçinin xarici akkumulyator seçərkən çıxışların verdiyi elektrik gücünü də nəzərə almaq lazımdır. Adətən 1 amper və 2 amper çıxışlı variantlara rastlaşmaq olur. Həmçinin müxtəlif gücə malik bir neçə çıxışlı olanları da var. Qeyd etmək lazımdır ki, əgər təkcə telefonu doldurmaq istəyirsinizsə 1 amper kifayət edəcək, planşeti doldurmaq üçün isə bir amper kifayət etməyə bilər. Əlbəttə əksər modellər hər iki porta eyni zamanda 2 amper enerji vermək gücünə malik deyillər, ancaq bir planşeti doldurmaq heç də çətin deyil.

Ayrıca dizaynı fərqli olan Power Bankları qeyd etmək olar. Əlbəttə bahalı və lüks variantlar da satılır. Bir çox hallarda bu içərisi keyfiyyətsiz olan çin cihazları olur ki çərçivəyə görə baha satılır.

Bunlar populyar cizgi filmləri, heyvanlar, mətbəx məhsulları ola bilər.

Beləliklə biz əmin olduq ki, portativ doldurma cihazları müxtərlifdir və çoxdur. Sadəcə hər kəsə hansı parametrlərinə görə lazımdırsa onu da ala bilər.

Həcm

Əgər sizə Power Bank uzun yol üçün lazımdırsa onda ən azı 16 min mA/s həcmlisini özünüzlə götürməyiniz lazımdır. Bu zaman siz uzun müddət enerjidən əziyyət çəkməyəcəksiniz. Əgər sizdə bir deyil bir neçə qurğu varsa onda onun iki portlu olması vacibdir ki, eyni zamanda iki cizahı doldura bilsin. Əks halda əgər bizə ehtiyat üçün lazımdırsa onda 3000-4000 mA/s həcmli akkumulyator kifayətdir. Siz onun çəkisini hiss etməyəksiniz, ancaq heç zaman əlaqəsiz qalmayacağınıza əmin olacaqsınız.

Çəki və ölçü

Möcüzələr olmur və həcm böyüdükcə istənilən akkumulyatorun çəkisi və ölçüsü artır. Əgər sizə iki akkumulyator göstərsələr və desələr ki, biri daha həcmli və yüngüldür, belə olmaq ehtimalı çox azdır.

Format

Burada seçim çox olmur. Adətən bu kabelin Power Bank daxilində olması və ya istənilən kabel qoşulan USB porta malik  olması ilə fərqlənir. İkincisi daha praktikdir. Həmçinin telefonlara örtük şəklində olan xarici akkumulyatorlar da var ki, bu da əsasən məşhur modellər üçün istehsal olunur. Rahatlığı onun telefonla birlikdə istifadə olunmasıdır. Narahatçılığı isə ya hər zaman telefonla daşıyacaqsınız (bu da telefona əlavə həcm və ağırlıqdır) və ya həmişə çıxaracaqsınız.

Dizayn

Əgər sizə akkumulyatorun gözəlliyi lazım deyilsə onda dizayn arxasınca qaçmayın və adi ciddi görünüşlü olanını seçin. Belə modellərdə istehsalçı dizayna görə əlavə ödəniş almır, daxili keyfiyyət isə eyni qiymətə daha yaxşı olacaq.

 Göstəricisi

Bu çox vacib xüsusiyyətdir, bir çox Power Bank modellərində bu mövcuddur. Adətən göstərici bir neçə işıq diodlarından ibarətdir (əsasən 4). Əgər hamısı yanırsa dolma tamdır, əgər yarısıdırsa onda yarısı doludur. Bəzi modellərdə isə rəqəmsal göstəricilər var ki, bu da üzərində olan ekranda bütün göstəricilər göstərilir. Bu da ancaq gözəllikdən başqa bir şey deyil. Həmçinin bu cihazın həcminə və qiymətinə əlavədir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR