Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin köməkçisindən işğal olunmuş ərazilərimizdə keçirilmiş qanunsuz seçkilərlə bağlı özəl açıqlama

Prezidentin köməkçisindən işğal olunmuş ərazilərimizdə keçirilmiş qanunsuz seçkilərlə bağlı özəl açıqlama
Sakura

Prezidentin köməkçisindən işğal olunmuş ərazilərimizdə keçirilmiş qanunsuz seçkilərlə bağlı özəl açıqlama

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qurama və qanunsuz seçkilər keçirilib. Ümumiyyətlə, bunu seçki adlandırmaq düzgün olmazdı. Bu, şoudan başqa bir şey deyil”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, dünyada koronavirusun yayıldığı bir şəraitdə kütləvi tədbirə əl atılması onu göstərir ki, Dağlıq Qarabağ bölgəsinin erməni icması, orada yaşayan insanlar Ermənistanın siyasi rəhbərliyi üçün bir alətdir:

“Oradakı insanların taleyi, sağlamlığı onları heç bir şəkildə maraqlandırmır. Ona görə də o zonada koronavirus xəstəliyinin yayılması tendensiyası baş verirsə, bilavasitə Ermənistan və qondarma rejimin rəhbərliyində olan kriminal şəxslərin öz məsuliyyətidir”.

Prezidentin köməkçisi bildirib ki, siyasi müstəvidə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən keçirilən qurama və qanunsuz seçkilər rədd edilib:

“Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə bir daha dəstək ifadə olundu ki, biz də bunu yüksək qiymətləndiririk. Beynəlxalq ictimaiyyət bir daha Ermənistana bildirdi ki, dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin pozulması qəbuledilməzdir”.

“Güc istifadə edərək, yaranmış qeyri-qanuni şərait nəticəsində mövcud olan durum beynəlxalq ictimaiyyət tərəfindən heç zaman qəbul edilə bilməz”, - deyə H.Hacıyev qeyd edib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR