Slimfit
  1. CƏMİYYƏT

Prokurorluq və DİN-dən Tərtərdəki qətllə bağlı məlumat

Prokurorluq və DİN-dən Tərtərdəki qətllə bağlı məlumat
Sakura

Prokurorluq və DİN-dən Tərtərdəki qətllə bağlı məlumat

Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Elburus Cəbrayıl oğlu Şəmilovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Baş Prokurorluqdan verilən məlumatda qeyd olunub ki, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR