Ens.az
13 dekabr 2019, cümə
.
.
chevron_left chevron_right
İDMAN

Putin 'Qəbələ'nin sabiq baş məşqçisini təltif edib

Putin 'Qəbələ'nin sabiq baş məşqçisini təltif edib

143 Baxış
Putin 'Qəbələ'nin sabiq baş məşqçisini təltif edib

Hazırda Rusiya "Lokomotiv"inə rəhbərlik edən "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Aleksandr Nevski" ordeni ilə təltif olunub.  

"Report"un məlumatına görə, bununla bağlı ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.

72 yaşlı mütəxəssis əvvəllər bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətləri qarşılığında Şərəf ordeni ilə mükafatlandırılıb. Onun adı "Lokomotiv"in Şərəf Xiyabanına salınıb. "Aleksandr Nevski" ordeni isə müxtəlif fəaliyyət sahələrindəki xüsusi xidmətlərə görə təqdim edilir. 

Qeyd edək ki, Aleksandr Syomin "Qəbələ"də 2013/2014 mövsümündə çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub. 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X