Slimfit
  1. İDMAN

“Qarabağ” Azərbaycan Premyer Liqasında son 11 ildə 10-cu qızıl medala yiyələnib - SİYAHI

“Qarabağ” Azərbaycan Premyer Liqasında son 11 ildə 10-cu qızıl medala yiyələnib - SİYAHI
Sakura

“Qarabağ” Azərbaycan Premyer Liqasında son 11 ildə 10-cu qızıl medala yiyələnib - SİYAHI

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün qalibi bəlli olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun adına XXVIII turda aydınlıq gəlib.

“Qarabağ” mövsümün sonuna 8 tur qalmış qızıl medalları təmin edib. Buna “Kəpəz”lə səfər oyununda qazanılan qələbə səbəb olub - 6:1.

İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib.

Qeyd edək ki, ümumilikdə 8 komanda bu titula sahib çıxıb. “Qarabağ”dan başqa, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olublar.

Azərbaycan çempionları:

1992. “Neftçi” (Bakı)

1993. “Qarabağ” (Ağdam)

1993/94. “Turan” (Tovuz)

1994/95. “Kəpəz” (Gəncə)

1995/96. “Neftçi” (Bakı)

1996/97. “Neftçi” (Bakı)

1997/98. “Kəpəz” (Gəncə)

1998/99. “Kəpəz” (Gəncə)

1999/2000. “Şəmkir”

2000/01. “Şəmkir”

2001/02. Yarımçıq qalıb

2002/03. Keçirilməyib

2003/04. “Neftçi” (Bakı)

2004/05. “Neftçi” (Bakı)

2005/06. “Bakı”

2006/07. “Xəzər Lənkəran”

2007/08. “İnter” (Bakı)

2008/09. “Bakı”

2009/10. “İnter” (Bakı)

2010/11. “Neftçi” (Bakı)

2011/12. “Neftçi” (Bakı)

2012/13. “Neftçi” (Bakı)

2013/14. “Qarabağ” (Ağdam)

2014/15. “Qarabağ” (Ağdam)

2015/16. “Qarabağ” (Ağdam)

2016/17. “Qarabağ” (Ağdam)

2017/18. “Qarabağ” (Ağdam)

2018/19. “Qarabağ” (Ağdam)

2019/20. “Qarabağ” (Ağdam)

2020/21. “Neftçi” (Bakı)

2021/22. “Qarabağ” (Ağdam)

2022/23. “Qarabağ” (Ağdam)

2023/24. “Qarabağ” (Ağdam)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR