Slimfit
  1. COĞRAFİYA

Qarabağ konflikti ilə bağlı bunu göstəririk - İrəvan

Qarabağ konflikti ilə bağlı bunu göstəririk - İrəvan
Sakura

Qarabağ konflikti ilə bağlı bunu göstəririk - İrəvan

Qarabağ problemi Ermənistan üçün konfliktdir – bu, ilk növbədə insanların təhlükəsizliyi məsələsidir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan parlamentdə 2019-cu il üçün dövlət büdcəsi layihəsinin müzakirələri zamanı danışıb.

“Dağlıq Qarabağın statusunun və təhlükəsizliyinin vacibliyini vurğulamaqla konfliktin bizim üçün ilk növbədə orada yaşayan 150 min insanın elementar fiziki təhlükəsizliyi məsələsi olduğunu göstəririk”, - Mnatsakanyan bildirib.

Mnatsakanyan sentyabr ayında Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü barədə də xatırlatma edib:

“Bu görüşdə risklərin azaldılmasına və danışıqlar mühitinin qorunmasına kömək edən razılaşmalar əldə edildi. Ermənistan münaqişə ətrafında ritorik suallara və münaqişənin qızışmasına səbəb ola biləcək digər məsələlərə çox həssas şəkildə reaksiya verir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR