Slimfit
  1. İDMAN

“Qarabağ” üçün pis xəbər - “Sportinq”lə oyunu buraxacaq

“Qarabağ” üçün pis xəbər - “Sportinq”lə oyunu buraxacaq
Sakura

“Qarabağ” üçün pis xəbər - “Sportinq”lə oyunu buraxacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçevin Bolqarıstan millisinin heyətində Norveçlə oyundan əvvəl keçirilən məşqdə zədələndiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, bolqar yarımmüdafiəçinin durumuna aydınlıq gəlib. O, iki həftə yaşıl meydanlardan uzaq qalmalı olacaq. Bu barədə 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib:
“Tibbi müayinədən sonra bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu müəyyən edildi. Hətta daha da pis ola bilərdi. Əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı.

Bu zədəyə görə iki həftə oynamayacam. Çox qəzəbliyəm, çünki "Sportinq"lə qarşılaşmada “Qarabağ”a kömək edə bilməyəcəm".

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində, sentyabrın 20-də "Sportinq"in qonağı olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR